SON XƏBƏRLƏR

“İranda hicab barədə vəziyyət qənaətbəxş deyil”- məhkəmə rəsmisi

2024.04.08, 12:41
“İranda hicab barədə vəziyyət qənaətbəxş deyil”- məhkəmə rəsmisi

İranın Məhkəmə Sisteminin sədri Qulamhüseyn Möhsüni Ejeyi aprelin 7-si İranın bir sıra media vəzifəliləri ilə görüşündə cəmiyyət içərisində hicaba riayət olunmadığını və tədbirlər görülməsi vacibliyini deyib.    

Gunaz.tv

Bəzi mütəxəssislərin fikrində onun həmin ifadələri hicabsızlığa qarşı tədbirlərin və cəmiyyətdə qarşıdurmaların artmasına gətirib çıxara bilər. 

Qeyd edək ki, İranın rəhbəri  Əli Xaməneyi 1 həftə əvvəl icbari hicabın riayət olunmasına  yenə təkid edib.

Məhkəmə Sisteminin sədri bu səbəbdən məcburi hicaba riayət etməyənlər barədə qanun layihəsinin İslami Şura Məclisində təsdiq olunacağını gözləmdən mövcud qanunlar çərçivəsində hərəkət olunacağını deyib. 

“Hələ də inanıram ki, mövcud qanunlara əməl etməklə cəmiyyətdə ifaf və hicab vəziyyətini yaxşılaşdırmaq olar” - deyə Ejeyi vurğulayıb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar