SON XƏBƏRLƏR

İddia- İsrail İran pulunun ucuzlaşmasına səbəb olub

2024.04.09, 12:36
İddia- İsrail İran pulunun ucuzlaşmasına səbəb olub

İran parlamentinin üzvü xüsusən son aylar İran pulunun dollar və avro qarşısında ucuzlaşması ilə bağlı qəribə iddia irəli sürüb.

Gunaz.tv

İran parlamentinin Sənaye və Mədən Komissiyasının üzvü Məhəmməd Hüseyn Fərhəngi tümənin dəyər itirməsinin səbəbkarının İsrail olduğunu deyib.

"Məzənnənin artmasının ən böyük səbəbi İsrailin son hücumundan sonra yaranan narahatlıq və gərginlikdir. İsrailin gərginlik səviyyəsini artırmaq və münaqişələri genişləndirmək cəhdi müxtəlif bazarlarda psixoloji təsirlər yaradıb",- parlamernt üzvü iddia edib.

Qeyd edək ki, bir neçə ildir ucuzlaşmaqda davam edən İran pulu, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra daha sürətlə dəyər itirməyə başlayıb.

Hazırda Tehranın azad bazarında hər bir dollar təxminən 65 min tümənə satılır.

İqtisadçı ekspertlər yaxın gələcəkdə hər bir ABŞ dollarının 100 min tümənədək bahalaşacağı barədə xəbərdarlıq ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar