SON XƏBƏRLƏR

İsrail Xaməneiyə cavab verdi

2024.04.10, 13:06
İsrail Xaməneiyə cavab verdi

İsrail bu gün Əli Xaməneinin Fitir bayramı münasibəti ilə etdiyi çıxışında İsraili təhdid etməsinə reaksiya verib.

Gunaz.tv

Bu barədə İsrailin xarici işlər naziri Yisrael Katz özünün X media hesabında yevrey və fars dillərində paylaşım edib.

"Əgər İran öz torpağından İsrailə hücum etsə İrana hücum edəcəyik",- Katz xəbərdarlıq edib.

Qeyd edək ki, Əli Xamənei bu günkü çıxışında İsrailin aprelin 1-də Dəməşqdə İranın konsulluq binasına zərbə endirdiyini və nəticədə ikisi general olmaqla 7 SEPAH zabitinin öldürülməsinə görə İsraili təhdid edib.

İran tərəfi zərbə endirilən binanın konsulluq olduğunu iddia etsə də, İsrail binanın konsulluq olmadığını və SEPAH-ın Qüds qüvvələrinin istifadə etdiyi qərargah olduğunu bildirir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar