SON XƏBƏRLƏR

Polis komandanlığı: Aprelin 13-dən hicab layihəsi tam şiddətlə tətbiq olunacaq

2024.04.11, 14:43
Polis komandanlığı: Aprelin 13-dən hicab layihəsi tam şiddətlə tətbiq olunacaq

"İctimai tələblər çərçivəsində və qanuni vəzifələrə əsasən 13 aprel tarixindən etibarən bütün ictimai yollarda və yerlərdə hicab və iffət layihəsi daha ciddi şəkildə tətbiq olunacaq.

Gunaz.tv

Bu, Tehran polis komandanlığının yaydığı bəyanatda deyilib.

Bəyanatda qadın və qızlardan islami və etik dəyərləri qorumaq və qanunlara riayət etmək üçün hicab qaydalarına əməl etmələri istənilib.

Polis komandanlığı bəyanatda təhdidamiz ifadələr işlədib və məcburi hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bəyanat bundan əvvəl Əli Xaməneinin məcburi hican qaydalarının tətbiqi ilə bağlı çağırışının davamıdır.

"Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir",- Xamənei bildirmişdi.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar