SON XƏBƏRLƏR

İranın İordanda düşmüş raketlərinin qalıqları lağ predmetinə çevrilib

2024.04.17, 11:12
İranın İordanda düşmüş raketlərinin qalıqları lağ predmetinə çevrilib

İordan vətəndaşları İranın bu ölkədə funksionallığını itirərək düşmüş ballistik raketlərinin qalıqlarını dəmir tullantısı qismində alış-satış saytlarında həraca çıxarıblar.

Gunaz.tv

Həmin raketlər İsrailə çatmadan texniki qüsurlara görə ölkənin Əlhəsa, Mərc-ül-Hümam bölgələri və Əl-Kərək Əyalətinə düşüb. 

Dağılmış ballistik raket hissələrini tullantı dəmir kimi satışa çıxarmış vətəndaşlar lağa qoyaraq onların qət etdiyi məsafəni, modeli və rəngini üstünlük kimi vurğulayıblar.

Satış saytlarının birində lağ qismində yazılıb: “95 dinara ikinci əl, az istifadə olunmuş və korpusu dağılmış İranın ballistik raketi satılır”.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar