SON XƏBƏRLƏR

Amerika səfirliyi Azərbaycana silah satışına qadağa qoyulması barədə məlumatları şərh edib

2021.10.20, 07:36
Amerika səfirliyi Azərbaycana silah satışına qadağa qoyulması barədə məlumatları şərh edib

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq erməni mətbuatında ABŞ-ın güya Azərbaycana silah satışına qadağa qoyulması barədə yaydıqları məlumata aydınlıq gətirib.

Adam Sterlinq jurnalistlərə deyib ki, ABŞ-da özəl şirkətlər başqa dövlətlərə müdafiə avadanlığı (təchizat) satması üçün Dövlət Departamentindən (xarici işlər nazirliyi)  lisenziya (mücəvviz)  almalıdırlar və silahı satdıqları ölkələrin siyahısını təqdim edirlər.

 Sterlinq deyib: “ABŞ-ın bir özəl şirkəti Dövlət Departamentinə təqdim etdiyi sözü gedən siyahıdan Azərbaycanın adını çıxarıb”. O şirkətin adını açıqlamayıb.

 GünAz TV mətbuat mərkəzinin “Radio antenn”ə istinadən yaydığı məlumata görə,  Diplomat qeyd edib ki, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində geniş əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq uzun müddətdir davam edir.

 Adam Sterlinq vurğulayıb ki, bu sahədə ABŞ və Azərbaycan arasında heç bir dəyişiklik baş verməyib.

 Qeyd edək ki, Amerika Erməni Milli Komitəsinin məlumatına görə, ABŞ Dövlət Departamenti Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısından Azərbaycanın adını çıxararaq rəsmi Bakıya hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışından imtina edib. Məsələ Demokratlar Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi Harvard Bermanın Konqresə göndərdiyi məktubdan sonra gündəmə gəlib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar