SON XƏBƏRLƏR

Avstraliya İrana səfərlə bağlı vətəndaşlarına xəbərdarlıq etdi

2024.05.31, 14:46
Avstraliya İrana səfərlə bağlı vətəndaşlarına xəbərdarlıq etdi

Avstraliyanın Xarici İşlər Nazirliyi mayın 30-da öz vətəndaşlarına İrana səfər etməkdən çəkinməyi tövsiyə edib və hazırda İranda olan avstralıyalılara İranı tərk etməyi məsləhət görüb.

Gunaz.tv

Xəbərdarlıq çağırışında İranda hökumətin şantaj məqsədilə adam oğurluğu təhlükəsi xatırladılıb, bu ölkədə  özbaşına həbs olunma riskinin yüksək olması diqqətə çatdırılıb.

“Yaxın Şərqdə gərginliyin artması hava məkanının bağlanması, uçuşların ləğvi və marşrutların dəyişdirilməsinə səbəb ola biləcək çətin vəziyyət yarada bilər",- Xarici İlər Nzirliyinin bəyanatında deyilib.

Bəyanatda İranın İraq, Əfqanıstan və Pakistanla sərhəd bölgələri "son dərəcə təhlükəli" yerlər kimi qeyd edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar