SON XƏBƏRLƏR

Hava zərbələri nəticəsində Yəməndə SEPAH üzvləri öldürülüb

2024.06.01, 11:11
Hava zərbələri nəticəsində Yəməndə SEPAH üzvləri öldürülüb

ABŞ və Britaniyanın Yəməndə İranın dəstəklədiyi "Ənsarullah"ın (husilər) 13 bazasına hava zərbələri endirib.

Gunaz.tv

Hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bir neçə üzvü həlak olub.

Britaniya Müdafiə Nazirliyi isə yaydığı məlumatda hava zərbələrinin pilotsuz təyyarələrin və yerdən havaya raketlərin yerləşdiyi Qırmızı dənizin kənarındakı Hüdeyda liman şəhərindəki üç nöqtəni hədəf aldığını açıqlayıb.

Husilərə bağlı "Əlməsirə" telekanalı ABŞ və Britaniyanın hava hücumları nəticəsində 16 nəfərin həlak olduğunu və 41 nəfərin yaralandığını deyib.

Həlak olanlardan neçəsinin SEPAH üzvü olduğu barədə açıqlama verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar