SON XƏBƏRLƏR

Anti-Azərbaycan ekspert prokurorluğa çağırıldı

2024.06.10, 14:00
Anti-Azərbaycan ekspert prokurorluğa çağırıldı

Azərbaycan Respublikasına qarşı davamlı çıxışları ilə tanınan siyasi şərhçi Əli Əkbər Rafeipur Tehranın Ümumi və İnqilab Prokurorluğuna çağırılıb.

Gunaz.tv

Bu barədə İran mətbuatı məlumat yayıb.

Rafeipur, "kiber məkanda yalan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmaq"da günahlandırılıb.

Qeyd edək ki, Əli Əkbər Rafeipur mayın 19da İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı çıxışlar edib.

O, qəzanı bir neçə təcrübəli pilotla müzakirə etdiyini, hadisənin hava şərayiti və texniki nasazlıqla əlaqəli olmadığını iddia edib.

Rafeipur dolayısı yolla helikopter qəzasının sui-qəsd olduğuna işarə edib və bunun daha ətraflı araşdırılmasını təklif edib.

 GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar