Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədən suriyalını saxlayıb
Azərbaycan–Qazaxıstan Transxəzər fiber-optik xətti bir aydan az müddətə istifadəyə veriləcək
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
İrana zərbələrin bərpası ilə bağlı tezliklə qərar veriləcək- Tramp
Üç şəhərdə 9 məhbus edam edildi
İran nümayəndə heyəti ABŞ-dan qovulub
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
BƏƏ BMT-də: Bizim üç ərəb adamız İranın işğalı altındadır (Video)
İran lüks avtomobillərin idxalını dayandırdı
Rusiyanın Ukraynaya yeni hücumlarında azı üç nəfər ölüb
Azərbaycanın Baş Qərargah rəisi Türkmənistan hərbi nümayəndə heyəti ilə görüşüb
Rusiya NATO-nu nüvə silahı ilə hədələdi
ASELSAN Naxçıvanda zavod açacaq
Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb
İranda yaşlı əhalinin artımı ümumi əhali artımından dörd dəfədən çoxdur
Hörmüz boğazında üç gəmiyə hücum edilib
ABŞ-in təklifləri İrana çatıb- Mühacirani
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Ərdəbildə tarixi körpü baxımsız qalıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
BAYKAR şirkətinin Azərbaycanda hazırlanan KASIRGA PUA-sı ilk dəfə görüntüləndi
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
GünAz TV: İyulun (July) 1-dən etibarən Avropa Birliyi ölkələrinin İran neftindən imtina etməsi İran ətrafında yeni vəziyyətin yaranmasına rəvac verib.
Düzdür, hələ ki rəsmi Tehran dünyaya meydan oxumaqda davam edir və bu qərarın ölkə iqtisadiyyatına bir o qədər də təsir etməyəcəyini bəyanlayır. Tehranda hesab edirlər ki, Avropa İran neftindən imtina etsə də, Asiya ölkələrinin bu neftə ehtiyacı olduğundan böyük faciə baş verməyəcək.
Politoloq (siyasətçi) Vəfa Quluzadə bölgədə kifayət qədər mürəkkəb situasiyanın (vəziyyət) yarandığını deyir: “Əgər bu gün İran xalqı mövcud hakimiyyəti dəstəkləyirsə, uğura nail olmaq çox çətin olacaq”.
Milli Məclisin millət vəkili, politoloq Rasim Musabəyov isə hesab edir ki, Tehrana qarşı sanksiyalar (təhrimlər) bölgədə gərginliyi daha da artıracaq: “Əslində İran neftinin Avropadakı alıcıları 8-10 faiz arasında idi. Amma bu sanksiyaların davamı olacaq. Digər tərəfdən, İranın bu vəziyyətə düşməsindən alıcılar da istifadə etməyə başlayıb. Onlar İran neftini almağın müqabilində çox böyük güzəştlər tələb edirlər. Ancaq satışdan əldə olunan gəlirlər xeyli azalır. Bu isə İran rəhbərliyi üçün bilavasitə də olmasa, vaxt keçdikcə artan problemlər deməkdir”.
Ekspert (karşünas) deyir ki, bunun ardınca digər sanksiyalar da olacaq: “Bütün sığorta şirkətləri İranın limanlarına daxil olan gəmilərə sığorta tətbiq olunmamasına çalışırlar. Həmçinin İran nefti daşıyan tankerlərə Avropa və Qərb ölkələrinə daxil olmaq qadağası qoyulur. Bu, İran neftinin daşınmasını bahalaşdırır və eyni zamanda işi çətinləşdirir. Bunlar hamısı gözlənilən məsələlərdir. Qısa zaman üçün İranın ehtiyatları var, buna davam gətirmək iqtidarındadır. Ancaq orta və ya uzaq müddət üçün hesablanıbsa, bu sanksiyalar xeyli çətinliklər yaradacaq”.
R.Musabəyov şübhə etmir ki, bunlar hamısı daxildə gərginliyi artıracaq: “Neftin qiyməti də aşağı düşməyə başlasa, bu, vəziyyəti çətinləşdirəcək. Nəticədə rəhbərliyə qarşı narazılıqlar artacaq”. Politoloq deyir ki, belə olan durumda müharibə ehtimalı azalır: “Düşünmürəm ki, hazırkı situasiyada Avropa və Amerika İrana qarşı müharibəyə başlamaq həvəsində olsunlar. Hazırda iqtisadi böhrandır və hamının başı iqtisadi məsələlərə qarışıb. Üstəlik, ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) seçkiqabağı durumda Obamanın müharibəyə girişməsi xeyli çətin məsələdir. Onsuz da onun seçilmək ehtimalları sürüşkəndir”. Sanksiyalardan sonrakı durumda Azərbaycanın vəziyyətinə gəldikdə, R.Musabəyov hesab edir ki, bunun Azərbaycana ciddi təsiri olmayacaq: “Bizim İranla neft mübadiləmiz yoxdur. Qaz mübadiləsi mövcuddur və davam edir. Özü də bu mübadilədə hesablaşma yoxdur ki, onu hansısa banklar vasitəsilə həyata keçirək. Biz burdan İrana qaz, yaxud elektrik enerjisi veririk, Naxçıvan da İrandan alır. Sadəcə, nəql haqqı üçün İrana bir az çox elektrik enerjisi və qaz veririk. Bu mənada Azərbaycanın qarşısında sanksiyalarla bağlı çətinliklər olmayacaq. Təbii ki, hesablaşmalar çətinləşir. İran böyük məmnuniyyətlə Azərbaycan manatlarını da qəbul edir. Ancaq bizim dövriyyəmiz də kifayət qədər məhduddur”.
Bəs sanksiyalar yolu ilə dünyaya meydan oxuyan İranı islah etmək mümkün olacaqmı? R.Musabəyov: “Vaxtilə Qərb ölkələri SSRİ-ni (Şurəvi) bundan daha yumşaq sanksiyalarla çökdürdü. Bu, bir az çox vaxt apardı. Ancaq SSRİ İran deyildi. Bu gün İranın təyyarələri tez-tez qəzaya uğrayır. Çünki köhnədir, ehtiyat hissələri ala bilmirlər. Rusun təyyarəsini aldılar, o da partladı, indi Rusiyadan da almırlar. Çalışıb ordan-burdan nəsə alırlar. Bu yolla hansı müddətdə sürünmək mümkündür, ancaq ağ günə çıxmaq qeyri-mümkündür”.
Ekspert İrana sanksiyalardan sonra qonşu ölkədə yaranacaq bahalığın Azərbaycana elə də böyük təsirinin olmayacağını düşünür: “İran Azərbaycanın dövriyyəsində 2 faiz təşkil edir”. R.Musabəyova görə, İran rejimi sanksiyalara davam gətirə bilməyəcək: “İran Şimali Koreya deyil. Koreyada yüz minlərlə insan acından ölsə də, rejimin dəhşətli dərəcədə sərt olması səbəbindən heç nə etmək mümkün olmur. İran o dərəcədə totalitar ölkə deyil. ”Yaşıl inqilab"da yüz minlərlə insan küçələrə axışmışdı. Sabah onların qarşısını almaq çox çətin olacaq. Sanksiyalar insanların həyatına mənfi təsir göstərdiyi halda rejim çox ciddi etirazlarla üzləşəcək. Və din ideologiyası ilə hakimiyyəti saxlamaq mümkün olmayacaq". Yeni müsavat
N.S
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Fidanla Əraqçı görüşüb
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib