SON XƏBƏRLƏR

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

2024.07.04, 10:57
CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs əldə etməyə daha yaxın ola bilər. Bu barədə "CNN" israilli mənbəsinə istinadən məlumat yayıb.

Gunaz.tv

Telekanalın məlumatına görə, tərəflər yaxın vaxtlarda ətraflı danışıqlara başlaya bilərlər.

Mənbənin qeyd etdiyinə görə İsrail hökuməti hesab edir ki, HƏMAS-ın son cavabı tərəflərə razılığa gəlmək üçün ətraflı danışıqlara başlamağa imkan verəcək. Bununla yanaşı "CNN" razılığın taleyinin hələ həll olunmadığını vurğulayır.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahunun ofisi və İsrail kəşfiyyatı Mossad birgə bəyanat yayaraq, İsrail tərəfinin vasitəçilər vasitəsilə HƏMAS nümayəndələrindən girov müqaviləsi ilə bağlı cavab aldıqlarını açıqlamışdılar.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar