SON XƏBƏRLƏR

Qərb ölkələri: "Rusiya Bəşər Əsədə sığınacaq versin"

2021.10.20, 07:36
Qərb ölkələri: "Rusiya Bəşər Əsədə sığınacaq versin"

Gunaz.tv

GünAz TV: Qərb ölkələri Rusiyanı Bəşər Əsədə siyasi sığınacaq verməyə razı salmağa çalışır.

Suriya ordusunun müxalifətçilərə qarşı həyata keçirdiyi əməliyyatlarda çoxu paytaxt Dəməşqin ətraflarında olmaqla 69 insan həlak olub. Təhlükəsizlik qüvvələrinin əməliyyatlar zamanı ağır silahlardan istifadə etdikləri bildirilir. Dəməşqin Midan bölgəsində təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması fonunda müxalifətçilər paytaxtın bəzi bölgələrində etiraz əlaməti olaraq yandırılmış təkərlərlə yolları bağlayıblar. İdlibdə isə güclü partlayış səslərin eşidildiyinə dair xəbərlər yayılıb.

Bu arada Qahirədə keçirilən suriyalı müxalifətçilərin konfransında Əsəd rejiminin devrilməsi və bəzi rəsmilərin ittiham olunması məsələsində razılığa gəlinib. Bundan başqa bütün müxalifətçi qrupların daxil olacağı milli birlik hökumətinin qurulması barədə də qərar qəbul olunub. Suriya Milli Şurasının sədri Abdülbasit Seyda keçirdiyi mətbuat konfransında qeyd edib ki, konqresin qəbul etdiyi nəhayi sənəddə Əsəd rejimi devrildikdən sonra ölkədə keçid dövrünün mexanizmlərini də müəyyənləşdirilib. Lakin keçid dövründə idarəetmənin necə və kim tərəfindən həyata keçirilməsi məsələsində anlaşmazlıqlar yaşanıb.

Qərb ölkələri isə rəsmi Moskvanı Suriya lideri Bəşər Əsədi Rusiyaya dəvət edərək ona siyası sığınacaq verməyə razı salmağa çalışır. Moskvanın isə belə bir addım atacağı gözlənilmir. Qeyd edək ki, Cenevrədə Suriya ilə bağlı nazirlər səviyyəsində keçirilən toplantıda

 BMT (Birləşmiş Millətlər Təşkilatı) və Ərəb Dövlətləri Biriliyinin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan keçid hökumətinin yaradılmasının vacibliyini qeyd edib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar