SON XƏBƏRLƏR

SEPAH generalı Pezeşkiana qarşı çıxdı

2024.09.11, 12:49
SEPAH generalı Pezeşkiana qarşı çıxdı

Bəziləri düşünür ki, milli barışıq Amerika ilə danışıqlar aparmaq və onunla problemləri həll etmək deməkdir, hətta Amerikaya qarşı yumşaq münasibətdən danışmaq da qəbuledilməz və iyrəncdir.

Gunaz.tv

Bu sözləri SEPAH komandirinin müavini general Məhəmmədrza Nəqdi deyib.

O, bildirib, bu gün İran ABŞ-a hər zamanıkından daha sərt şəkildə qarşı çıxmalıdır.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian prezident seçkiləri zamanı ABŞ-la danııqların və problemlərinin həllinin tərəfdarı olduğunu bəyan edib.

Prezident, ABŞ və Qərblə danışıqların əleyhinə olanları "sanksiya dəllalları" adlandırıb, onların ölkəyə tətbiq edilən sanksiyalardan istifadə edərək böyük məbləğdə pul qazandıqlarını deyib.

Buna görə də, SEPAH generalı Məhəmmədrza Nəqdinin ABŞ-la danışıqlar barədəki sərt çıxışını Məsud Pezeşkiana xəbərdarlıq mesajı kimi dətyərləndirmək olar.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar