SON XƏBƏRLƏR

İraq bankları sanksiyaların pozulmasında SEPAH-a yardım edib

2024.09.11, 14:46
İraq bankları sanksiyaların pozulmasında SEPAH-a yardım edib

İraq bankları ABŞ-ın sanksiyalarını pozaraq İran rejiminə və SEPAH-a milyardlarla dollar köçürüb.

Gunaz.tv

Bu abrədə “Wall Street Journal” məlumat yayıb.

Bu əməliyyatlar ABŞ-ın İraq üçün hazırladığı sistem vasitəsilə SEPAH və ona bağlı proksi qruplarını maliyyələşdirmək məqsədi ilə həyata keçirilib.

Pul köçürmələri fəaliyyətlərinin əsas aparıcısı iraqlı sərmayəçi Əli Qulam adlı şəxs olub və bu pulların böyük bir hissəsi SEPAH və onunla əlaqəli qrupların hesablarna köçürülüb.

Bu əməliyyatlar İran rejiminə qarşı beynəlxalq sanksiyalardan yayınmaq üçün saxta şirkətlər və saxta hesab-fakturalar vasitəsilə həyata keçirilib.

ABŞ mənbələrinin sözlərinə görə, SEPAH, Hizbullah və HƏMAS kimi hərbi və terror qruplarının maliyyələşdirilməsi ilə bağlı narahatlıqları artırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar