SON XƏBƏRLƏR

Beyrutdakı partlayışlarda İran səfirliyinin iki əməkdaşı da yaralanıb

2024.09.17, 21:08
Beyrutdakı partlayışlarda İran səfirliyinin iki əməkdaşı da yaralanıb

"Hizbullah" terror təşkilatının üzvlərinin peycerlərinin partlaması nəticəsində İranın Beyrutdakı səfirliyinin iki əməkdaşı yaralanıb.

Gunaz.tv

Bu barədə Livan mediası məlumat yayıb.

Səfirliyin yaralanan əməldaşlarının adları açıqlanmayıb.

Bundan əvvəl isə İranın Livandakı səfiri Müctəba Amaninin yaralandığı və xəstəxanaya köçürüıdüyü bildirilib.

Kivan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, peycerlərin partlaması nəticəsində 2800 nəfər yaralanıb, 9 nəfər ölüb və 200 nəfərin vəziyyəti ağırdır.

"Hizbullah" yaydığı bəyanatda partlayışların İsrailin işi olduğunu iddia edib və buna görə İsraildən qısas alınacağını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar