SON XƏBƏRLƏR

SEPAH peycerdən istifadəni qadağan etdi

2024.09.23, 16:00
SEPAH peycerdən istifadəni qadağan etdi

Livanda baş verən peycer partlayışlardan sonra SEPAH bütün üzvlərinə peycerdən istifadə etməmək barədə göstəriş verib.

Gunaz.tv

Bu barədə "Royters" məlumat yayıb.

"SEPAH təkcə peycerlərin yox, bütün rabitə vasitələri və cihazların yoxlanılması üçün geniş əməliyyat aparır",- məlumatda bildirilib.

"Royters" iranlı mənbəyə istinad edərək bununla yanaşı SEPAH-ın orta və yüksək rütbəli zabitləri arasında da təhqiqat işlərinin başlanıldığını yazıb.

"SEPAH üzvlərinin özləri və ailələrinin daxil və xaricdəki bank hesabları, həmçinin onların xarici ölkələrə səfərləri araşdırılır",- mənbə qeyd edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar