SON XƏBƏRLƏR

Xaməneini tənqid edən din xadimi həbs edildi

2024.10.11, 15:11
Xaməneini tənqid edən din xadimi həbs edildi

İran təhlükəsizlik qüvvələri tanınmış din xadimlərindən olan Şeyx Məhəmməd Cavad Müəhəqiq Yəzdini həbs edib.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Onun Həsən Nəsrullahla bağlı keçirilən yas mərasimindəki çıxışı zamanı Əli Xaməneini tənqid etdiyinə görə saxlanıldığı bildirilib.

"Əgər Əli Xamənei öz oğullarını Livan və Qəzzaya göndərsə mən də getməyə hazıram, xalqın övladlarını ölümə göndərir, öz övladlarınız üçün isə mühafizəçi işə götürürsünüz",- Məhəmməd Cavad Müəhəqiq Yəzdi deyib.

Bununla yanaşı o həmin çıxışında Həsən Nəsrulahı təhqir edərək onu "Həsənək" (kiçik Həsən) adlandırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar