SON XƏBƏRLƏR

İsrail ABŞ-yə İrandakı hərbi obyektləri hədəf alacağını bildirdi

2024.10.15, 11:12
İsrail ABŞ-yə İrandakı hərbi obyektləri hədəf alacağını bildirdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə bildirib ki, İsrail İranın nüvə və ya neft obyektlərini deyil, hərbi obyektlərini hədəf alacaq.

Gunaz.tv

"The Washington Post" qəzetinin yazdığına görə, Bayden və Netanyahunun çərşənbə günü telefon danışığı zamanı, Netanyahu İrandakı hərbi infrastrukturu hədəf almağı planlaşdırdığını bildirib.

Həm İsrail Baş nazirinin ofisi, həm də Ağ Ev mövzu ilə bağlı "The Washington Post"un suallarına cavab verməyib.

Kimliyi açıqlanmayan ABŞ rəsmisinin iddiasına görə Netanyahu Baydenlə müzakirə zamanı daha "balanslı" mövqe sərgiləyib. Bu səbəblə, ABŞ İsrailə THAAD hava hücumundan müdafiə sistemi göndərmək qərarına gəlib.

THAAD hava hücumundan müdafiə sistemi İsrailin mövcud olan müdafiə sisteminə inteqrasiya ediləcək.

 

 

Şahin Elxanoğlu

GünazTV

 

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar