SON XƏBƏRLƏR

Həmədanda spirtli içkidən ölənlərin sayı artdı

2024.10.21, 11:20
Həmədanda spirtli içkidən ölənlərin sayı artdı

Güney azərbaycanın Həmədan şəhərində saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 15-ə çatıb.

Gunaz.tv

Bu barədə Həmədan əyalətinin prokuroru Abbas Nəcəfi məlumat verib.

O, saxta spirtli içkilərin hazırlanmasında istifadə olunan metanolun əsas hissəsinin Həmədan tibbi avadanlıq müəssisələrindən biri tərəfindən təmin edildiyini deyib.

Nəcəfinin sözlərinə görə, məsələ ilə bağlı cinayət işi açılıb və ümumilikdə 8 nəfər həbs edilib.

Xatırladaq ki, oktyabrın 6-da Həmədan şəhərində saxta spirtli içidən istifadə etdiklərinə görə zəhərlənən 18 nəfər xəstəxanaya köçürülmüşdür.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə, gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Bir müddət əvvəl İran Tibbi Ekspertiza Mərkəzinin başçısı Abbas Məcidi bildirib ki, son bir ildə 644 nəfər qeyri-standart spirtli içki qəbul etdiyi üçün həyatını itirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar