SON XƏBƏRLƏR

Finlandiya NATO-ya öz ərazisində kəşfiyyat bazası yerləşdirməyi təklif edib

2024.11.08, 10:54
Finlandiya NATO-ya öz ərazisində kəşfiyyat bazası yerləşdirməyi təklif edib

Finlandiya hakimiyyəti NATO-ya Rusiya ilə sərhəddə məlumat toplamaq üçün kəşfiyyat xarakterli dron bazası yerləşdirməyi təklif edib.

Gunaz.tv

Bu barədə Finlandiyanın “Yle” ictimai yayım şirkəti məlumat yayıb.

Məlumata görə Finlandiya NATO-ya öz bazasını istifadə üçün verməyi təklif edib. Qeyd olunur ki, Finlandiya Hərbi Hava Qüvvələrinin dörd alternativ variantı var və Pirkkala bazası ehtimal olunan yer ola bilər.

“İltalehti” qəzetinin qeyd etdiyinə görə bazada RQ-4D PUA-larının yerləşdirilməsi planlaşdırılır. NATO-nun saytında verilən məlumata görə, belə dronlar 18 km yüksəklikdə uça bilir və onları aşkar etmək çətindir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar