SON XƏBƏRLƏR

Suriya müxalifəti Moskvaya toplaşır

2021.10.20, 07:36
Suriya müxalifəti Moskvaya toplaşır

Gunaz.tv

GünAz TV: Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bildirdiyinə görə, gələn həftə Moskvada Suriya müxalifətinin nümayəndələri ilə danışıqlar aparılacaq.

 

Lavrov Suriya müxalifəti ilə görüşün ölkədəki zorakılığın dayandırılması istiqamətində növbəti addım olduğunu vurğulayıb. Rusiya XİN (xarici işlər naziri) rəhbəri eyni zamanda hesab edir ki, bu görüş Suriya iqtidarı və müxalifətini eyni masa ətrafında əyləşdirmək üçün nəzərdə tutulan vasitələrdən biridir.

 

 Qeyd edək ki, Suriya ilə bağlı sonuncu danışıqlar bu il iyunun (June) 30-da Cenevrədə keçirilib. Müzakirələrdə ölkədə qarşı duran tərəflərin nümayəndələrindən ibarət keçid hökumətinin təşkili barədə razılığa gəlinib. Lakin Suriya müxalifətinin buna razı olmadığı bildirilir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar