SON XƏBƏRLƏR

Təbrizdə hava çirkliliyinin səviyyəsi yenidən artdı

2024.12.05, 14:16
Təbrizdə hava çirkliliyinin səviyyəsi yenidən artdı

Təbriz və ətraf bölgələrində hava çirkliliyinin səviyyəsi yenidən artaraq həssas yaş qrupları üçün təhlükəli həddə çatıb.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin havanın keyfiyyətinin monitorinqi mərkəzi məlumat yayıb.

Məlumata görə, hazırda Təbrizdə havanın çirklilik dərəcəsi 116 civarındadır və yaşlı, ürək-damar və tənəffüs problemi olan şəxslər üçün əlverişsizdir.

Qeyd edək ki, Təbrizin havasının çirklənməsinin əsas amillərindən biri də İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadə edilməsidir.

Əyalət rəhbərliyi və İES-lərin məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün dizel yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar