SON XƏBƏRLƏR

İranda həbs olunan Azərbaycan yazarları- Şəhriyar Hacızadə və Fərid Hüseynlə bağlı yeni video-material yayımlanıb.

2021.10.20, 07:36
İranda həbs olunan Azərbaycan yazarları- Şəhriyar Hacızadə və Fərid Hüseynlə bağlı yeni video-material yayımlanıb.

Gunaz.tv

İranda həbs olunan Azərbaycan yazarları- Şəhriyar Hacızadə və Fərid Hüseynlə bağlı yeni video-material yayımlanıb.GünazTV:  “Press TV” saytı İranın təhlükəsiz qurumundakı adıçəkilməyən mənbəyə istinadən Azərbaycan şairlərinin casusluqda ittiham olunduğunu bildirir.Saxta ittihamı “isbatlamaq” üçün video-materialda Azərbaycan şairlərindən götürülmüş mobil telefon, adi diktafon və fotoaparatı nümayiş etdirirlər.İranın iddiasına görə, Azərbaycan yazarları İrana diversiya məqsədi ilə gedib və burada yerli azərbaycanlıları xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməyə çalışıblar.Video-materialda Şəhriyar və Fəridin də sorğu-suala tutulduğu görülür. Amma onların səsi efirə verilmir. Yalnız Fəridin dediklərini bir neçə saniyə ərzində eşitmək mümkün olur. Onun dedikləri isə hansısa sənədinin qaydasında olmaması və buna görə icazə alınmalı  bilməməsi haqqındadır.Xatırladaq ki, Azərbaycan yazarları Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də həbs olunublar. Bumüddət ərzində rəsmi Bakı dəfələrlə rəsmi şəkildə onların taleyi ilə bağlı İran tərəfinə müraciət etsə də, qarşı tərəf heç bir rəsmi açıqlama verməyib. Yalnız bu yaxınlarda Azərbaycan XİN-in 4-cü notasına natamam cavab verilib və orada Azərbaycan yazarlarının “cinayətə təşəbbüsdə” ittiham olunduğu qeyd olunur. Amma “cinayət”in motivi, detalları barədə heç nə qeyd olunmayıb.

 

http://www.youtube.com/watch?feature=player_embedded&v=nYuQ1H-Hf2w

 

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar