SON XƏBƏRLƏR

Dəfn mərasimi qana boyandı

2021.10.20, 07:36
Dəfn mərasimi qana boyandı

Gunaz.tv

Dəfn mərasimi qana boyandı GünazTV: Suriyanın paytaxtı Dəməşqdə dəfn mərasimi gülləbaran edilib. hadisə nəticəsində azı 30 nəfər ölüb.

Syrian Observatory for Human Rights hüquq müdafiəsi təşkilatının məlumatına görə, bir gün əvvəl ölən müxalifətçinin dəfn mərasimində iştirak edənlər minaatanlardan atəşə tutulublar.

Atəş nəticəsində ağır yaralananların olduğu da bildirilir. Lakin yaralıların sayı açıqlanmayıb. Suriyada Bəşər Əsəd tərəfdarları və əleyhdarları arasında silahlı qarşıdurma ötən ilin martından davam edir. BMT-nin hesablamalarına görə, indiyədək 10 mindən çox dinc sakin həlak olub. Suriya hakimiyyəti isə iddia edir ki, 2600 hərbçi və hüquq-mühafizə orqanlarının əməkdaşı terrorçular tərəfindən öldürülüb.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar