SON XƏBƏRLƏR

Abbas Əraqçı Omana səfər edib

2025.03.17, 11:49
Abbas Əraqçı Omana səfər edib

İran xarici işlər naziri Abbas Əraqçı martın 16-da bir neçə saatlığına Omana səfər edib və bu ölkənin xarici işlər naziri Bədr Əlbusəidi ilə görüşüb.

Gunaz.tv

Araqçı bu barədə özünün X hesabında yazıb.

“Ciddədə keçirilən son görüşdə Omanın xarici işlər naziri ilə əldə olunmuş razılığa əsasən, bu gün mən ümumi maraq və ya narahatlıq doğuran ikitərəfli və regional məsələləri nəzərdən keçirmək üçün Maskata qısa səfər etdim”,- o bildirib.

Bəzi qeyri-rəsmi mənbələr isə Əraqçının Amerika Prezidenti Donald Trampın Əli Xaməneiyə yazdığı məktubuna cavabı çatdırmaq üçün Maskata getdiyini yazıb.

SEPAH-ın keçmiş baş komandanı Möhsün Rzayiyə bağlı "Tabnak" saytı da ,Əraqçının Omana bir neçə saatlıq səfəri zamanı Trampın məktubuna Tehranın cavabını özü ilə apardığının ehtimal edildiyini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar