SON XƏBƏRLƏR

Almaniya Ukraynaya növbəti yardım paketini açıqlayıb

2025.03.17, 20:52
Almaniya Ukraynaya növbəti yardım paketini açıqlayıb

Almaniya Ukraynaya növbəti yardım paketini elan edib

Gunaz.tv

Bu barədə məlumat Federal Hökumətin saytında yerləşdirilib.

Yeni paketə minalardan müdafiə sistemi ilə təchiz edilmiş 22 ədəd “MRAP” tipli nəqliyyat vasitəsi, 33 ədəd “GEPARD” özüyeriyən artilleriya qurğusu və onun üçün nəzərdə tutulan 10 min ədəd sursat, “IRIS-T SLM” hava hücumundan müdafiə sistemləri, “Leopard 1” tankı üçün sursat “MARDER” piyadaların döyüş maşını, habelə 5 min ədəd 155 millimetrlik və 2 min ədəd 122 millimetrlik artilleriya sursatı daxildir.

Bundan başqa, Almaniya Ukraynaya tank sursatı, minaatan və zirehli texnika da göndərir

Paketə 8 min ədəd 120 millimetrlik miaatan sursat, 50 ədəd “VECTOR” kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı və onun ehtiyat hissələri, habelə 8 min ədəd 120 millimetrlik minaatan sursatı daxildir.

Bununla yanaşı, yeni paket özündə 50 ədəd kəşfiyyat xarakterli “Gereon RCS” uzaqdan idarəolunan nəqliyyat vasitəsi və 30 ədəd PUA aşkarlama sistemi də göndərəcək.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar