SON XƏBƏRLƏR

İranda tənqidçi din xadimi cəzalandırıldı

2025.04.10, 16:29
İranda tənqidçi din xadimi cəzalandırıldı

İranda məşhur tənqidçi din xadimi Məhəmməd Cavad Mühəqqiq Yəzdi barədə həbs qərarı çıxarılıb.

Gunaz.tv

Bu barədə o özünün sosial media kanalında məlumat yayıb.

Məlumata görə, 8 illik həbs qərarı Qum şəhər məhkəməsi tərəfindən verilib.

O, “İsraili dəstəkləmək”, “sistemə qarşı təbliğat aparmaq”, “Xomeyni və Xaməneini təhqir etmək”də günahlandırılıb.

Bununla yanaşı tənqidçi din xadiminin həmişəlik olaraq dini geyimdən istifadə etməsinə də qadağa qoyulub.

Qeyd edək ki, Məhəmməd Cavad Mühəqqiq Yəzdi sosial media platformalarında yayılan çıxışlarında Əli Xaməneini və onun başçılıq etdiyi sistemi dəfələrlə tənqid edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar