SON XƏBƏRLƏR

Ərdəbildə Hacı Daryuş Pərvanə tutuqlandı

2021.10.20, 07:36
Ərdəbildə Hacı Daryuş Pərvanə tutuqlandı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində yerləşən “Düz-çörək” restoranının müdiri azərbaycanlı fəal Hacı Daryuş Pərvanə tutuqlanıb.

 

Dünən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və təhlükəsizlik məmurları saat 12 radələrində restoranı mühasirəyə alıb və Hacı Daryuşu yaxalayıblar.

 

Azərbaycanlı fəal tutuqlandıqdan sonra, məmurlar məhkəmə hökmü olmadan onun evində axtarış aparıblar. Məlumata görə, bir sıra şəxsi əşya o cümlədən kitab və kompüter məmurlar tərəfindən zəbt edilib.  

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal keçmiş illərdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar