SON XƏBƏRLƏR

200 min azərbaycanlı xalçaçı işini itirib

2025.05.14, 14:00
200 min azərbaycanlı xalçaçı işini itirib

Şərqi Azərbaycan əyalətində əldətoxuma xalça ixracatının azalması 400 istehsalat müəssisəsinin, 1200 xalça mağazasının bağlanması və 200 min toxucunun işsiz qalması ilə nəticələnib.

Gunaz.tv

Bunu Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin rəhbəri Əlirza Novin deyib.

“Bu məsələ ölkənin ən yüksək qərarverici orqanları səviyyəsində qaldırılmalı, maneələrin aradan qaldırılması və Təbriz xalçalarının keçmiş statusunun bərpası üçün ciddi planlaşdırma aparılmalıdır”,- millət vəkili bildirib.

Xalça ixracından əldə olunan gəlirin 40 milyon dollara qədər azaldığını deyən Əlirza Novin, Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyini Təbriz xalça sənayesinə xüsusi diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, 2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya Xalçaçılıq şəhəri” adına layiq görülüb.

15 il əvvələ kimi İranda illik xalça ixracı 2 milyard 700 milyon dollara bərabər olduğu halda, indi illik xalça ixracatından əldə edilən illik gəlir 70 milyon dollara qədər azalıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar