SON XƏBƏRLƏR

İran Hörmüz boğazını bağlamaq istəyir

2021.10.20, 07:36
İran Hörmüz boğazını bağlamaq istəyir

Gunaz.tv

GünAz TV: İran parlamentində qanun layihəsi hazırlanır.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qanun layihəsində Hörmüz boğazının bağlanması nəzərdə tutulur.

İran parlamentinin milli təhlükəsizlik komitəsindən bildiriblər ki, bu addım Avropanın İrana qarşı həyata keçirdiyi embarqo (təhrim) siyasətinə cavabdır. Hörmüz boğazının bağlanması ilə Qərbin bölgədəki müttəfiqləri olan Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İraq əziyyət çəkəcək.

Qərbdə İranın bu addımını şərh etməyiblər. Məlumdur ki, İran birbaşa hərbi müdaxilə olmadan boğazı tam bağlaya bilməyəcək. ABŞ (Amerika Birləşmiş Ştatları) Hərbi Dəniz Qüvvələrinin bölgədəki 25 ədəd hərbi gəmisi İranı bu addımdan çəkindirir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar