SON XƏBƏRLƏR

İsrailin təhdidi narahatedicidir- Araqçı

2025.05.22, 16:29
İsrailin təhdidi narahatedicidir- Araqçı

İsrail hökumətinin təhdidləri yeni deyil, ancaq bunun Amerika rəsmiləri tərəfindən ifşa edilməsi narahatlıq doğurur.

Gunaz.tv

Bunu İranın xarici işlər naziri Abbas Araqçı, danışıqların nəticəsiz qalacağı təqdirdə İsrailin İranın nüvə obyektlərinə mümkün hücumu ilə bağlı xəbərlərə cavab olaraq deyib.

O, bunun BMT-nin Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən dərhal və qəti şəkildə pislənməli olduğunu bildirib.

Araqçı, İsrailin baş naziri Benyamin Netaniyahunun öz iradəsini Amerikaya sırımağa çalışdıını iddia edib.

Qeyd edək ki, 3 gün əvvəl İran rəhbəri Əli Xamənei ABŞ ilə danışıqların nəticə verəcəyinə şübhə ilə yanaşdığını və uranın zənginləşdirilməsi barədə şərtləri qəbul etməyəcəklərini deyib.

Bundan sonra İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi ehtimalı artıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar