SON XƏBƏRLƏR

Türkiyədə İranla altılıq ölkələri bir araya gələcək

2021.10.20, 07:36
Türkiyədə İranla altılıq ölkələri bir araya gələcək

Gunaz.tv

GünAz TV: Bu gün İstanbulda İranla altılıq ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların 4 –cü mərhələsi keçiriləcək.

Bu dəfəki danışıqlar texniki xarakter (mahiyyət) daşıyır. Moskvada nəticəsiz sona çatan müzakirələrdən sonra tərəflər növbəti dəfə bir araya gələcəklər. Görüş ekspertlər (karşünaslar) səviyyəsində baş tutacaq.

İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib ki, istanbul görüşündə razılıq əldə edilməsə, qarşıdurma qaçılmazdır. Əgər İstanbul görüşündə tərəflər detallarla (coziyyat) bağlı razılığa gələ bilsələr, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton və İranın nüvə məsələri üzrə baş müzakirəçisi Səid Cəlili danışıqları davam etdirmək üçün bir araya gələcəklər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar