SON XƏBƏRLƏR

Suriya ordusunun 85 hərbçisi Türkiyəyə qaçıb

2021.10.20, 07:36
Suriya ordusunun 85 hərbçisi Türkiyəyə qaçıb

Gunaz.tv

GünAz TV: Türkiyədəki suriyalı qaçqınların sayı 35 mini keçib.

Suriyadakı qətliamdan qaçıb Türkiyəyə sığınanların sayı 35099-a çatıb. İndiyə qədər ümumilikdə 58444 suriyalı Türkiyəyə gəlib, ancaq onlardan 23345-i ölkəsinə qayıdıb.

Dünən daha 293 Suriya vətəndaşı Türkiyəyə qaçıb. Onlardan 85-i hərbçidir. Hərbçilərdən biri general, 14-ü isə yüksək rütbə sahibidir. Hərbçilər və ailələri Hataydakı Apaydın düşərgəsinə yerləşdirilib.

Çoxu qadın və uşaqlardan ibarət olan digər suriyalılar isə Şanlıurfaya göndərilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar