SON XƏBƏRLƏR

Tehrana qarşı "tətik mexanizmi" işə salınacaq- Britaniya

2025.07.08, 16:49
Tehrana qarşı "tətik mexanizmi" işə salınacaq- Britaniya

Britaniya hökuməti İslam Respublikasının ölkəmizə qarşı düşmənçilik fəaliyyətinə görə cavabdehliyə cəlb edəcək.

Gunaz.tv

Bunu Böyük Britaniya xarici işlər nazirinin Yaxın Şərq üzrə müavini Hamiş Falkoner deyib.

O, İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının vacibliyini vurğulayaraq bildirib ki, rəsmi London İrana qarşı tətik mexanizmini işə salmağı düşünür:

"Tetik mexanizmi vacib bir vasitədir".

Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro da “Le Monde” qəzetinə verdiyi müsahibədə xəbərdarlıq etmişdi ki, İran nüvə proqramının məhdudlaşdırılmasında əməkdaşlıq etməyəcəyi təqdirdə üç Avropa ölkəsi tətik mexanizmini işə salmağa hazırdır.

"İslam Respublikasının böhranını həll etmək üçün Fransa, Almaniya və İngiltərə çox güclü təsir rıçaqlarına malikdir",- nazir xatırlatmışdı.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar