SON XƏBƏRLƏR

Vaşinqton Azərbaycana silah satmaqdan imtina etdi

2021.10.20, 07:36
Vaşinqton Azərbaycana silah satmaqdan imtina etdi

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Azərbaycana silah satışını dayandırması haqda xəbər yayılıb.

Məlumata görə, Birləşmiş Ştatlar bunu Azərbaycanın həmin silahdan Ermənistana qarşı istifadə edəcəyi ilə əsaslandırır. Amerikadakı Erməni Assambleyasının məlumatına görə, Birləşmiş Ştatların Dövlət Departamenti (xarici işlər nazirliyi) Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısından Azərbaycanın adını çıxarıb. Və Azərbaycana hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışından imtina edib. Məlumatda bildirilir ki, Demokratlar Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi, ermənipərəst Harvard Bermanın Konqresə ünvanladığı narahatlığından sonra bu məsələ gündəmə gəlib. Konqresmen ABŞ dövlət katibi Hillari Klintona ünvanladığı məktubda bildirib ki, əldə olunan bu silahlardan Azərbaycan Ermənistana və Dağlıq Qarabağa qarşı istifadə edə bilər. Politoloqların (siyasətçi) fikrincə, Dövlət Departamentinin bu addımı seçkiqabağı erməni lobbisinin dəstəyini qazanmaq məqsədi ilə atılıb və çox güman ki, müvəqqəti xarakter (mahiyyət) daşıyır.

Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə bildirir ki, bu kimi siyasəti yürüdərək Amerika sadəcə bölgədə sakitliyi təmin etməyə çalışır: “Bu əslində Amerikanın köhnə siyasətidir. Yəni, Amerika hökuməti hesab edir ki, nə Azərbaycana, nə də Ermənistana silah satmasın və Amerika silahı bölgədə gərginlikdə katalizator rolunu oynamasın. Bu qərar təkcə Azərbaycana aid deyil. Amerika həmçinin Ermənistana qarşı belə qərar qəbul edib”.

Xarici işlər nazirinin müavini Araz Əzimov isə ANS-ə bildirib ki, artıq Xarici İşlər Nazirliyi Dövlət Departamentinə məlumatla bağlı sorğu göndərib. Amma hələ ki, sorğuya cavab verilməyib: “Əgər məlumat təsdiqlənərsə, Azərbaycanın buna cavabı sərt olacaq. Çünki Birləşmiş Ştatların bu qərarı Azərbaycanla Amerika arasındakı təhlükəsizlik sazişinə ziddir”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar