SON XƏBƏRLƏR

99 yaşlı molla vəzifədə saxlanıldı

2025.07.19, 12:43
99 yaşlı molla vəzifədə saxlanıldı

99 yaşlı din xadimi Əhməd Cənnəti növbəti dəfə Konstitusiyaya Nəzarət Şurasının (Keşikçilər Şurası) katibi vəzifəsində saxlanılıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Məhkəmə Elmləri və İnzibati Xidmətlər Universitetinin müəllimi Siyamək Rəhpeyk isə şuranın sözçüsü seçilib.

Əhməd Cənnəti 1992-ci ildən bu vəzifədədir.

Qeyd edək ki, Əli Xaməneinin yaxın adamı olan Əhməd Cənnətinin adı 2019-cu ildən Amerikanın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır.

O, bundan öncə uzun illər Ekspertlər Məclisinin sədri vəzifəsində çalışıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar