SON XƏBƏRLƏR

Əndəriyan qızıl mədəni polisin yaratdığı dəstə tərəfindən qarət edilir

2025.07.30, 12:00
Əndəriyan qızıl mədəni polisin yaratdığı dəstə tərəfindən qarət edilir

2025-cü il aprelin 4-dən Vərziğan şəhristanının Əndəriyan kəndində və bu kənddəki mədəndə İran rejiminin polis qüvvələrinin xüsusi dəstəsi yerləşdirilib.

Gunaz.tv

Yerli mənbələrin bildirdiyinə görə, bu polis dəstəsində olan bəzi şəxslər, öz mənfəətləri üçün xüsusi mafiya tipli qruplaşma yaradıblar. Bu bölmə kəndin və qonşu kəndlərin sakinlərinə mədənin girişini bağlayıb və bu qruplaşmaya məxsus işçilər gecə-gündüz mədəni talamaqla məşğuldurlar.

Əndəriyan qızıl mədəni Azərbaycanın Vərziğan  şəhristanının Xarvana rayonunda yerləşir. Mədənin ehtiyatı 30 milyon ton qızıl filizidir, mədən illərdir ruslar və farslar tərəfindən talan edilir, lakin bu qızıl mədəninin əsas sahibləri olan Azərbaycan xalqı rus və fars agentləri tərəfindən “talançı”, kimi damğalanır və öz mədənlərindən istifadə etməklərinə imkan verilmir.

Bundan əvvəl Vərziğan təmsilçisi Allahvərdı Dehqani Azərbaycanın Əndəriyan qızıl mədəninin 20 ildir ruslara verilməsini tənqid edərək demişdi: “Rusiya tərəfinin bu mədəndən nə qədər vəsait istismar edəcəyi bəlli deyil. İnsanlar bu mədənin torpağından ən sadə texnologiyalarla qızıl çıxara bilirlərsə, o zaman mədən niyə başqalarına verilməlidir?!"

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar