SON XƏBƏRLƏR

Ermənilər "Metsamor" Atom Elektrik Stansiyasının təhlükə mənbəyi olduğunu etiraf edib

2021.10.20, 07:36
Ermənilər "Metsamor" Atom Elektrik Stansiyasının təhlükə mənbəyi olduğunu etiraf edib

Gunaz.tv

GünAz TV: Ermənilər "Metsamor" AES-in (Atom Elektrik Stansiyası) təhlükə mənbəyi olduğunu etiraf edib.

Ermənistan mətbuatının məlumatına görə, stansiya (niruqah) ətrafındakı əkin sahələrini ötən ay sel basıb. Daşqınları stansiyanın bir neçə kilometrliyinədək ərazilərə yaxınlaşaraq AES-in irriqasiya (abyari) sistemini tamamilə sıradan çıxarıb. Bu da stansiyanın su tullantıları çıxan borularına təsirsiz ötüşməyib. Məsələ ilə bağlı Ermənistanın “Ekolur” təşkilatının işçi qrupu hadisə yerində olub. Onlar stansiyada baş verənlərdən dəhşətə gəliblər. Belə ki, su ilə dolmuş stansiyanın zirzəmilərində zibil yığılıb. Hətta burada ölmüş heyvanların cəsədlərinə də rast gəlinib. Artıq “Ekolur” Ermənistanın Səhiyyə, Fövqəladə Hallar Nazirliklərinə müraciət edib.

Xatırladaq ki, "Metsamor" AES-dəki reaktorun istifadə müddəti ötən il başa çatıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar