SON XƏBƏRLƏR

Çin və Filippin gəmiləri Cənubi Çin dənizində toqquşub

2025.08.11, 11:15
Çin və Filippin gəmiləri Cənubi Çin dənizində toqquşub

Cənubi Çin dənizində Çin və Filippin gəmiləri toqquşub.

Gunaz.tv

Bildirilib ki, Çin hərbi gəmisi mübahisəli Skarboro rifinin yaxınlığında Filippinə məxsus patrul katerini təqib edərkən sahil mühafizə gəmisi ilə toqquşub.

"Filippinə məxsus “BRP Suluan” sahil mühafizə gəmisini təqib edən Çinin “CCG 3104” sahil mühafizə gəmisinin Filippin gəmisinin sağ bortundan təhlükəli manevr etməsi Çin Xalq Azadlıq Ordusunun hərbi gəmisi ilə toqquşmaya səbəb olub", - Amerika sahil mühafizəsinin Cənubi Çin dənizi məsələləri üzrə nümayəndəsi Cey Tarriela bildirib.

"Nəticədə gəminin burun hissəsi ciddi şəkildə zədələnib", - o qeyd edib.

İlkin məlumatlara görə, xəsarət alanlar yoxdur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar