SON XƏBƏRLƏR

İranın 20 əyalətində qapanma olacaq

2025.08.20, 13:12
İranın 20 əyalətində qapanma olacaq

Avqustun 23-də İranın ən azı 20 əyalətində dövlət idarələri və qurumları enerji çatışmazlığı səbəbindən qapanmaya gedəcək.

Gunaz.tv

Məlumata görə, qapanmalar  Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Əlburz, İsfahan, Buşəhr, Tehran, Şimali Xorasan, Cənubi Xorasan, Xorasan Rəzəvi, Xuzistan, Semnan, Qum, Sənəndəc, Kirman, Kirmanşah, Lorestan, Mərkəzi, Hörmüzqand, Hame və Yəztur əyalətlərində həyata keçiriləcək.

Qapanmaya əsas səbəb kimi temperaturun yüksəlməsi, enerji istehlakına qənaət göstərilib.

Bu əyalətlərin bəzilərində çərşənbə axşamı və çərşənbə günləri (19 və 20 avqust) dövlət idarə və müəssisələrinin iş saatları azaldılıb.

Qeyd edək ki, son dövrlər İranda enerji çatışmazlığı və enerjiyə qənaət edilməsi məqsədilə bir çox əyalətlərdə kütləvi qapanmalar həyata keçirilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar