SON XƏBƏRLƏR

Azərbaycanlı tənqidçi molla həbs cəzasına məhkum edildi

2025.08.21, 12:26
Azərbaycanlı tənqidçi molla həbs cəzasına məhkum edildi

İran Din xadimlərinin Xüsusi Apellyasiya Məhkəməsi tənqidçi din xadimi Məhəmmə Tağı Əkbərnəjad barədə çıxarılan 2 il həbs cəzasını təsdiq edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, "sistemi zəiflətməyə çalışmaq", "islam inqilabı rəhbərlərini təhqir etmək" və "din xadimlərinin nüfuzuna xələl gətirmək"də günahlandırılıb.

Həbs cəzası ilə yanaşı Məhəmməd Tağı Əkbərnəjadın 3 il müddətinə molla paltarı geyinməsinə də qadağa qoyulub.

Qeyd edək ki, təbrizli tənqidçi din xadimi bundan əvvəl də İran rəhbəri Əli Xaməneini tənqid etdiyinə görə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar