SON XƏBƏRLƏR

Hücum edilməyəcəyi təqdirdə Amerika ilə danışıqlara hazırıq- Əraqçı

2025.08.27, 09:46
Hücum edilməyəcəyi təqdirdə Amerika ilə danışıqlara hazırıq- Əraqçı

İsrail və Amerikanın hərbi hücumlarını bərpa etməyəcəyinə zəmanət verilərsə, Tehran Vaşinqtonla nüvə dosyesi ilə bağlı danışıqları bərpa etməyə hazırdır.

Gunaz.tv

Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “Əlşərq əl-Əvsət”ə müsahibəsində deyib.

“Amerika ilə ədalətli və bərabərhüquqlu danışıqlar aparmağa hazırıq, bir şərtlə ki, Amerika tərəfi müzakirələr zamanı hərbi təcavüzə əl atmasın. Biz əmin olmalıyıq ki, danışıqlar zərbələrlə əldə edilə bilməyən məqsədlərə nail olmaq cəhdlərinə deyil, qarşılıqlı maraqlara əsaslanır”, - o deyib.

XİN başçısı bildirib edib ki, İran dialoqa hazır olaraq qalır, ancaq İsrail və Amerikanın birgə hərəkətləri nəticəsində ölkənin nüvə infrastrukturuna ziyan vurulduğu əvvəlki münaqişələrə bənzər ssenarilərin təkrarlanmasına imkan verməyəcək.

O əlavə edib ki, istənilən yeni danışıqlar əvvəlki raundlardan fərqli olacaq və Tehran bütün mərhələlərdə öz maraqlarını qorumaq niyyətindədir.

"Yeni çərçivə sazişinin hazırlanması üzrə Avropa ölkələri və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə də danışıqlar aparılır",- nazir əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın rəhbəri Əli Xamənei, Amerika ilə danışıqların mənasız olduğunu deyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar