SON XƏBƏRLƏR

İran rejimi Təbrizdə peyk kanalları üzərinə parazit vurur

2021.10.20, 07:36
İran rejimi Təbrizdə peyk kanalları üzərinə parazit vurur

Gunaz.tv

GünAz TV: İran rejimi Azərbaycanın tarixi Milli Qəhrəmanı Ulu Babəkin ad gününün ildönümü ərəfəsində kütləvi informasiya vasitələrinin qarşısını almaq istəyir.

 

Millətin mümkün qiyamından qorxuya düşən rejim, peyk (mahvarə) kanalları üzərinə parazit vurmaqla onların yayımında problem yaratmağa çalışır.

 

Məlumata görə, Telstar12 və Eutelsat “Satellite”larından yayımlanan Güney Azərbaycanın Milli Televiziyası (GünAz TV), BBC və “Amerikanın Səsi” kanalları üzərinə saat 10:00-dan gecə saat 1:00-a qədər parazit vurulur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar