SON XƏBƏRLƏR

İran rəhbəri "əxlaqsız" reperi bağışladı

2025.09.10, 15:16
İran rəhbəri "əxlaqsız" reperi bağışladı

İran rəhbəri Əli Xamənei, barəsində edam hökmü çıxarılan reper Əmir Hüseyn Məqsudlunu (Tətəlu) əfv edib.

Gunaz.tv

Bu haqda reperin bacısı məlumat yayıb.

Hüseyn Məqsudlunun (Tətəlu) vəkili Atifə Hazeq isə əfv fərmanının rəsmən elan edilmədiyini bildirib.

2019-cu ilin iyulundan Türkiyəədə yaşayan Tətəlu, İstanbulda bir neçə yeniyetmə qıza qarşı cinsi zorakılıq etdiyinə görə saxlanılıb, evində axtarış aparılıb.

O, Əmir Hüseyn Məqsudlu 2023-cü ilin dekabrında Türkiyədə saxlanılaraq İrana təhvil verilib.

İran məhkəməsi onu "əxlaqsızlığı və fahişəliyi təşviq etməkdə" və "peyqəmbəri və islam müqəddəslərini təhqir etmək"də günahlandıraraq edama məhkum edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar