SON XƏBƏRLƏR

Pezşkian Makronla görüşdü - Məhbuslar mübadilə ediləcək

2025.09.25, 11:06
Pezşkian Makronla görüşdü - Məhbuslar mübadilə ediləcək

Fransa Prezidenti Emmanuel Makronla hər iki tərəfin məhbuslarının mübadiləsi barədə razılığa gəldik.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian özünün X hesabında yazıb.

"Görüşdə Avropanın narahatlıqlarını aradan qaldıracaq və İranın maraqlarını təmin edəcək həll yolu ilə bağlı fikirləri açıq şəkildə ifadə olunub",- o, Makronla görüşü haqda yazıb.

Pezeşkian deyib ki, “haq və insafın riayət olunacağı və hər iki tərəfin maraqlarının qorunacağı təqdirdə, qəti həll yolu mümkündür”.

Fransa Prezidenti Makron da BMT Baş Assambleyası çərçivəsində Pezeşkianla görüşdən sonra tvitter hesabında məsələ ilə bağlı paylaşım edib:

"Aydın tələbimi təkrar edirəm: İranda qeyri-insani şəraitdə özbaşına saxlanılan dövlət girovları Sesil Kohler, Jak Paris və Lennart Montrelz dərhal azad edilməlidir. Fransa heç bir övladının taleinə biganə qalmayacaq".

Fransa prezidenti həmçinin tətik mexanizminin işə salınmasına işarə edərək yazıb ki, "hələ də razılığa gəlmək imkanı var, ancaq İslam Respublikasının Avropa ölkələrinin qanuni şərtlərinə cavab verməsi üçün cəmi bir neçə saat qalıb".

Qeyd edək ki, hazırda 4 fransalı İran həbsxanalarında saxlanlır, onlardan ikisi "İsrailə casusluq"da günahlandırılıb.

Rəsmi Paris İranda həbsdə olan vətəndaşlarının Tehran hökuməti tərəfndən girov götürüldüyünü bildirib.

Avropalı diplomatların sözlərinə görə, İran xarici vətəndaşları saxta ittihamlarla həbs edərək, Qərblə danışıqlarda onlardan təzyiq vasitəsi kimi istifadə etməyi və siyasi imtiyazlar almaq istəyir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar