SON XƏBƏRLƏR

İrana hücum ehtimalı - Amerika hərbi tanker təyyarələrini Yaxın Şərqə göndərdi

2025.10.01, 10:26
İrana hücum ehtimalı - Amerika hərbi tanker təyyarələrini Yaxın Şərqə göndərdi

Amerika ordusunun bir neçə KC-135 hərbi tanker təyyarəsi Yaxın Şərqə gəlib.

Gunaz.tv

Bu haqda İran Ali Milli Təhlükəsizlik Şurasına bağlı "Nur News" saytı məlumat yayıb.

"Bu təyyarələrin bölgəyə gəlişi davamlı hava əməliyyatları üçün logistik imkanları nümayiş etdirmək və siyasi mesaj vermək məqsədi daşıyır",- sayt bildirib.

Sayt məlumatı “Tramp İranla qumar oynamaq istəyirmi?” başlıqlı ilə manşetə çıxarıb.

Ali Milli Təhlükəsizlik Şurasının saytı Amerikanın bu addımdan iki məqsəd daşıdığını qeyd edib:

“Bu iki auditoriyaya siyasi mesaj verir. Birincisi, Vaşinqton bu vasitə ilə bölgədəki müttəfiqlərinə onların təhlükəsizliyini təmin edəcəyinə diqqət çəkir, ikincisi, Tehrana hərbi variantın hələ də masada olduğu mesajını verir”.

Bununla bağlı “Colonelcassad” Teleqram kanalı da məlumat yayıb və hərbi tanker təyyarələrinin bölgəyə gətirilməsinin İrana hücum ehtimalı ilə bağlı olduğunu bildirib:

"Ola bilsin ki, hücumun hədəfi İranın yeraltı nüvə obyektləri (xüsusilə Fordo və İsfahanda) və ya Husi üsyançılarının dağlarda pilotsuz təyyarələr və hipersəs raketlərinin yığıldığı bazalardır".

Qeyd edək ki, Son iki gündə uçuş izləmə məlumatları Amerika Hərbi Hava Qüvvələrinin KC-135 tanker donanmasının qeyri-adi və artan hərəkətlərini qeydə alıb. 

Ən azı 12 tanker təyyarəsinin daxil olduğu donanma əvvəlcə İngiltərədəki Mildenhall Hava Bazasına yönəldilib, ancaq hava şəraitinə görə Prestvikə, daha sonra isə Qətərdəki Əl-Udeyd aviabazasına yönəldilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar