SON XƏBƏRLƏR

Tehranda hökumət mollası öldürüldü

2025.10.04, 11:09
Tehranda hökumət mollası öldürüldü

Tehran şəhərinin Bağfeyz bölgəsinin cümə imamı olan 65 yaşlı hökumət mollası bıçaqlanaraq öldürülüb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, oktyabrın 3-də məsciddə namaz qılınan vaxt 43 yaşlı şəxs cümə imamına hücum edib, həkimlər ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan mollanın həyatını xilas edə bilməyiblər. 

Əczaçılıq üzrə doktor olan hücumçu saxlanılıb və ilkin dindirmə zamanı törətdiyi əməllə bağlı danışıb:

"Arzu və xəyallarım məhv edildiyinə görə bu işə əl atdım. 3 il əvvələ kimi işləyir və yaxşı şərayitim var idi, işdən qovuldum və bütün həyatım alt-üst oldu, buna görə də, bu vasitə ilə acıq aldım".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar