SON XƏBƏRLƏR

Qudərzi yenidən bəyanat verdi - 12 günlük müharibə zamanı....

2025.10.06, 11:36
Qudərzi yenidən bəyanat verdi - 12 günlük müharibə zamanı....

12 günlük İran-İsrail müharibəsi zamanı İranın bəzi qonşu ölkələri İsrailin pilotsuz təyyarələri, raketləri və mikro-dronlarının öz səmalarında uçmasına icazə verib və bu, Tehranın etirazı ilə qarşılanıb.

Gunaz.tv

Bunu İranın Sərhəd Mühafizəsinin komandanı Əhməd Əli Qudərzi, deyib.

“Müharibə zamanı qonşu ölkələrin sərhədçiləri ilə diplomatik əməkdaşlıq yolu ilə öyrəndik ki, üç mikroavtobusdan ölkəmiz ərazisinə doğru kiçik dronlar buraxılıb. Həmin ölkənin sərhədçiləri tez bir zamanda hərəkətə keçdi, üç nəfəri öldürdü, bir neçəsini həbs etdi və pilotsuz təyyarələri ələ keçirdi",- o bildirib.

Qudərzi İrana qarşı İrana dronların buraxıldığı ölkənin adını çəkmədən qonşulara səslənib:

"Qonşularımız İsrailin onların torpağından və ya səmasından İslam Respublikasına qarşı hərəkətə keçməsinə imkan verməməlidir".

Qeyd edək ki, bundan əvvəl bəzi iranlı siyasətçilər, millət vəkilləri və eksoertlər İsrailin Azərbaycan Respublikasının səmasından İrana dronlar buraxdığı barədə iddialar irəli sürüblər.

İran Prezidenti Məsud Pezeşkian isə bu iddiaların heç birisinin sübut olunmadığını və həqiqəti əks etdirmədiyini bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışığında bu məsələni müzakirə etdiklərini və iddialara dair heç bir faktın olmadığını söyləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar