SON XƏBƏRLƏR

Təbriz zindanında həbs edilən Səid Muğanlıdan yeni xəbər

2021.10.20, 07:36
Təbriz zindanında həbs edilən Səid Muğanlıdan yeni xəbər

Gunaz.tv

GünAz TV: Hazirda Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı fəal, şair və jurnalist narkomanların (motadlar) bölümünə (bənd) köçürülüb.

 

Səid Muğanlı (Beytullah Məhəmmədi) telefon əlaqəsi saxlayaraq bu barədə məlumat verib.

 

Zindan məsulları milli-mədəni fəallara qarşı təzyiq etmək məqsədi ilə zaman zaman onları zindanın ən çətin bölümləri o cümlədən narkomanların bölümünə köçürürlər.

 

Səid Muğanlı xalq “Qucağın əmniyyət, gözlərin terrorist” şeirini yazıb və şəxsi veblaqında yerləşdirdiyi üçün, sistemin əleyhinə təbliğdə günahlandırılıb və 6 ay həbsə məhkum edilib. Keçmiş xəbərlərimizdə məlumat verdiyimiz kimi, son günlərdə Səid Muğanlı barəsində çıxarılan həbs qərarının icrasına başlanılıb.

 

Qeyd etmək lazımdır ki, onun yazdığı şeir azadlıqla bağlı olub və heç bir şəkildə İsalm Cümhuriyyəti ilə əlaqədar olmayıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal “Yaşmaq”, “Yarpaq” və qapadılmış aylıq “Dilmac” dərgisinin ədəbi bölümünün baş redaktoru (sərdəbir) olub. O, həmçinin “Azəri”, “Aftab-i Azərbaycan” və ... kimi qəzet və dərgilərin yazıçısı olub.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar