SON XƏBƏRLƏR

Azərbaycan TV kanalının "Traktor"un oyunlarını yayması İranda qısqanclıqla qarşılanıb

2025.10.23, 10:13
Azərbaycan TV kanalının "Traktor"un oyunlarını yayması İranda qısqanclıqla qarşılanıb

Azərbaycan Respublikasının İdmanTV televizya kanalının Təbrizin "Traktor" komandasının oyunlarını canlı yayımlaması Güney Azərbaycan və İranda yaşayan azərbaycanlıların rəğbəti ilə qarşılaşsa da, bəzi dairələrin narahatlığna səbəb olub.

Gunaz.tv

Bu bununla bağlı İran sosial media şəbəkəsində paylaşımlar edilib.

Narazılar bunu Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılara təsir vasitəsi olduğunu iddia edib, "İran komandası"nın oyunlarının "başqa dildə" şərhindən narahatlıqlarını bildiriblər.

Onların fikrincə, bu, İranda Azərbaycan dilinin təsirinin və bu dilə marağın artmasına, İranda yaşayan azərbaycanlılar arasında "İranın rəsmi dövlət dilini nüfuzunun azalmasına" səbəb olur.

Bu paylaşıçlardan sonra "Traktor" komandasının tərəfdarları narazılara cavab olaraq videolar paylaşıb, İran kanallarının Tənriz təmsilçisinin qarşılaşmalarını, xüsusən qələbələrini sönük işıqlandırdığını bildiriblər.

Qeyd edək ki, son həftələr İdmanTV-nin "Traktor"un oyunlarını canlı yayması azərbaycanlıların əksəriyyətinin Təbriz təmsilçisinin oyunlarını İran kanallarından deyil, Azərbaycan kanalından izləməsinə səbəb olub.

Bu həm də Şərqi Azərbaycan əyalətinin Səhənd və İranın "Vərzeş 3" kanallarının izləyicilərinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

Bununla eyni vaxtda azərbaycanlı sosial media fəalları və "Traktor" azarkeşləri İdmanTV-nin "Traktor"un oyunlarından verdiyi şərhlərdən videolar yayaraq bunu İran kanallarının aparıcıları və idman şərhçilərinin çıxışları  ilə müqayisə ediblər.

Onların müqayisəli videolardan çıxardıqları nəticəyə görə, İdmanTV kanalı yarışları daha yaxşı şərh edir, Azərbaycan dilində olan şərhlər daha keyfiyyətli olur və "Traktor"çuların ana dillərində təqdim edilən oyunlar azarkeşlərin rəğbətini qazanır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar